Xəbər kateqoriyası: Siyasət ,

Tarix: 2013-09-11 09:16

Prezident Şəmkir rayonunda səfərdə olub



  • Поделиться
    0



APA-nın verdiyi xəbərə görə, dövlət başçısı əvvəlcə Şəmkir şəhərində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev Şəmkir rayonuna səfər edib. Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov prezident İlham Əliyevə abidənin ətrafında və rayonda son illərdə görülən abadlıq işləri barədə məlumat verib.
Azərbaycan prezidenti Şəmkirdə Bayraq Meydanında yaradılmış şəraitlə tanış olub, Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib, Mərkəzin ətrafında salınan parkda yaradılmış şəraitlə maraqlanıb.

Prezident İlham Əliyev Şəmkirə səfəri çərçivəsində Bakı Oksford Məktəbinin Şəmkir filialı üçün 80 yerlik Uşaq Akademiyasının açılışında iştirak edib. Bildirilib ki, akademiya Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.
Sonra Şəmkir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edən prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.  
"Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə dövlət başçısına məlumat verən "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, layihə üzrə aparılan işlərin podratçısı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dir.
Azərbaycan prezidenti daha sonra Şəmkirdə "Zəka” İntellektual Gənclər Mərkəzinin, "Excelsior Hotel Shamkir” mehmanxanasının açılışlarında iştirak edib, əsaslı bərpa olunan Alman Lüteran Kilsəsi ilə tanış olub.

Azərbaycan  prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şəmkir hərbi birləşməsinin şəhərciyində aparılan abadlıq-quruculuq işləri ilə də tanış olub.

Oxunub: 139