Xəbər kateqoriyası: Cəmiyyət , Hava ,

Tarix: 2013-10-09 01:00

Seşki günündə HAVA



  • Поделиться
    0



Bakuinfo.Az AzərTAc-a istinadən oktyabrın 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumatı təqdim edir

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur səhər və axşam 12-15°, gündüz 15-19° , Bakıda səhər və axşam 12-14°, gündüz 15-17° isti olacaqdır.
Atmosfer təzyiqi normadan aşağı 763 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaqdır.
Temperatur gecə 4-9°, gündüz 15-19° isti olacaqdır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaqdır.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimal olunur.
Temperatur gecə 7-12°, gündüz 15-20° isti olacaqdır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Temperaturun gecə 4-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 0-5° olacaqdır.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 7-12°, gündüz 15-20° isti olacaqdır.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır.
Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 8-12°, gündüz 15-20° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacaqdır. 

Oxunub: 172